Dəfn mərasimində silahlı insident - 4 ölü, 6 yaralı

Dəfn mərasimində silahlı insident - 4 ölü, 6 yaralı Meksikanın Quanaxuato ştatında silahlı qarşıdurma baş verib.
Məlumata əsasən, hadisə dəfn mərasimi keçirilən zaman baş verib. Naməlum şəxslərin silahlı hücumu nəticəsində 4 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Ölənlər arasında qadın və uşaq da var. Cinayətkarlar hadisə yerindən qaça biliblər.
Hücumun mümkün səbəbləri barədə məlumat yoxdur.

Tehsil-press.az



Oxşar xəbərlər