Körpə xaç suyuna salınarkən kilsə çökdü - 11 ölü

Körpə xaç suyuna salınarkən kilsə çökdü - 11 ölü Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb. Təhsil-press.az-ın məlumatına görə, hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub.
Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş.
İnsident nəticəsində daha 3 nəfərin isə xəsarət aldığı bildirilir.
Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinniə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.

Təhsil-press.az

Oxşar xəbərlər