Prezident fərman verdi

Prezident fərman verdi Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.
“ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldilir:
- “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.
“ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldilir:
- “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait;
- bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.
Fərmanda nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılır.
Komissiyaya tapşırılır ki:
- Fərmanda nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsın;
- Fərmanda nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün;
Fərmanda nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat versin.
Müəyyən edilir ki:
Fərmanın 2-ci hissəsində və 7.5-ci bəndində nəzərdə tutulan dövlət əmlakı, “ASK” ASC-nin mülkiyyətinə (balansına) bazar qiymətləri əsas götürülməklə verilir;
Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının qiymətləndirilməsi üçün Komissiya müstəqil qiymətləndiricilər cəlb edə bilər;
“ASK” ASC-nin Nizamnaməsində nəzərdə tutulan nizamnamə kapitalı fərmana əsasən onun mülkiyyətinə (balansına) verilmiş dövlət əmlakı və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; fərmana əsasən “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən alüminium sənayesi müəssisələrinin sağlamlaşdırılması məqsədilə həmin müəssisələrin yaranmış daxili və xarici borclarının ödənilməsi istiqamətində tədbirlər görsün və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; fərman qüvvəyə mindikdən sonra “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etsin; fərmandan irəli gələn digər məsələləri həll etsin.
Maliyyə Nazirliyinə tapşırılır ki, Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin; Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, fərmanın 2-ci hissəsinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatına alınmasını təmin etsin; Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin; Fərmandan irəli gələn digər məsələləri həll etsin.
“ASK” ASC tabeliyindəki aidiyyəti müəssisələrdə aşağıdakılarla bağlı tədbirlər görməldiri:
- fəaliyyətinin təkmilləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması, idarəetmə sistemlərinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sisteminin formalaşdırılması;
- aqrar və sənaye, o cümlədən aqrar-sənaye sahələrində məhsulların istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sisteminin yaradılması, digər subyektlər arasında təchizat, tədarük və satış mərhələlərində koordinasiyanın təmin edilməsi;
- kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmin məhsulların istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
- alüminium sənayesinin inkişaf etdirilməsi, alüminium istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncir qurulması, bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi;
- alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və xarici ekspertlər cəlb etməklə tədqiqatlar aparılması, texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili, habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod bloklarının istehsalı imkanlarını araşdıraraq, təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Fərmanın 5-ci və 6-cı hissələrinin tələbləri nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi başa çatdıqdan sonra “ASK” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
“Aqrarkredit” QSC-ə tapşırılır ki, mülkiyyətindəki (balansındakı) əmlakın bu Fərmanın tələblərinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görsün; bu Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid etsin; bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulan problemli aktivlərin “ASK” ASC-yə ötürülməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılır ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı “ASK” ASC-nin və Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onların müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait;

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılır ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı “ASK” ASC-nin və Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onların müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.

Tehsil-press.az

Oxşar xəbərlər