Millət vəkili Elman Nəsirov Rusiyada anti-Azərbaycan qüvvələrinin bu fürsətdən yararlandığını bəyan edib.
Elman Nəsirov Rusiya Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin bu məsələ ilə bağlı «Эхо Москвы» radiosunda səsləndirdiyi fikrə münasibət bildirərib. Millət vəkili qeyd edib ki, K. Zatulin həmişəki kimi, yenə də öz ermənipərəst mövqeyini nümayiş etdirib və Rusiya - Azərbaycan strateji əməkdaşlığına kölgə salmağa cəhd göstərib:
"Azərbaycanda heç kimə sirr deyildir ki, K. Zatulin keçən 20 ildən artıq müddətdə daim erməni diasporunun diktəsi ilə Azərbaycana qarşı qeyri-sağlam münasibət sərgiləyib. Bir neçə gün bundan əvvəl K. Zatulinin komitə rəhbəri Leonid Kalaşnikov Bakıda səfərdə oldu və Azərbaycan Prezidenti başda olmaqla, ölkə rəsmiləri ilə çox səmərəli danışıqlar apardı. Bu səfər göstərdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər heç də Zatulinin iddia etdiyi qədər: “bir uğursuz səfir təyinatından” asılı deyil və bundan qat-qat yüksəkdə dayanır. Zatulinin özünün bu səfərdə iştirak edə bilməməsi faktının özü onun hansı mövqedə dayanmasının birbaşa göstəricisidir. Məsələ burasındadır ki, bu ermənipərəst deputat separatçı rejimin dəvəti ilə Dağlıq Qarabağa icazəsiz səfərlər etdiyinə görə hazırda Azərbaycana gələ bilmir.”
Elman Nəsirov onu da bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin uğursuz səfir təyinatı haqqında Azərbaycan KİV-lərində heç bir rəsmi məlumata rast gəlməyib.
"Bizim ölkə rəsmilərinin bununla bağlı hər hansı bir şərhini də oxumamışam. Bu informasiyanı sızdıran da, informasiya ətrafında Rusiya cəmiyyətində anti-Azərbaycan ovqatı yaradan da, göründüyü kimi, elə bu işin öz təşkilatçılarıdır. Rusiyanın XİN bilməli idi ki, ermənipərəst diplomat Georqi Zuyevin səfir kimi Azərbaycana göndərilməsi cəhdi gec-tez iflasa uğrayacaqdır. Əgər bir deputat kimi G. Zuyevin Ermənistanın Xarici İşlər naziri E. Nalbandyanın qohumu olması, Rusiyada yaşayan erməni oliqarxlarının birbaşa təsiri və himayəsi altında işləməsi faktını mən bilirəmsə, deməli, həm Rusiya, həm də Azərbaycan hökumət dairələrinə də bu məlumatlar məxfi qala bilməzdi. Məndə olan məlumata görə, Azərbaycan tərəfi G. Zuyevin aqremanını bir qədər yubadandan sonra Rusiya-Azərbaycan strateji münasibətlərinin qiymətini hamıdan yaxşı bilən Prezident Vladimir Putin bu işlə maraqlanıb və yeni namizədin irəli sürülməsi ilə bağlı XİN-ə birbaşa göstəriş verib. Beləliklə, Rusiyanın bəzi siyasi və diplomatik dairələrinin qərəzli planı da pozulub. Göründüyü kimi, G. Zuyevi Azərbaycana səfir göndərmək istəyənlərin “uzaqgörən” tərəfdarlarından fərqli olaraq, Rusiya prezidenti Azərbaycanla münasibətlərin əsl dəyərini qat-qat yaxşı bilir".
Millət vəkili qedy edib ki, indi Rusiyanın XİN-dəki həmin dairələri öz səhvlərini düzəltmək əvəzinə lazım olmayan informasiyaları mətbuata sızdıraraq Azərbaycanla münasibətlərdə süni gərginlik yaratmaq istəyirlər. Zatulin kimi ermənipərəst “siyasətşünaslar” da bu fürsətdən dərhal yararlanmaq istəyirlər. “Məqsəd aydındır: hər iki ölkənin rəsmilərini qıcıqlandıraraq ikitərəfli strateji münasibətlərə xələl gətirən arzuolunmaz bəyanatların səsləndirilməsinə nail olmaq... Amma düşünürəm ki, bu işə reaksiya verməli olan rəsmilər artıq öz reaksiyalarını veriblər və Azərbaycan hökumətinin əlavə müdaxiləsinə ehtiyac qalmayıb”,- deyə Elman Nəsirov bildirdi.
Tehsil-press.az