Vağzalda bomba həyəcanı bitdi - Heç nə tapılmadı + Yenilənib + Video

Vağzalda bomba həyəcanı bitdi - Heç nə tapılmadı + Yenilənib + Video Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı yaşanır.
Qurumun mətbuat katibi Sevinc Qədirova Tehsil-press.az-a açıqlamasında bildirib ki, bu gün günorta saat 12 radələrində naməlum kişi vağzalın məlumat bürosuna zəng edib:
“Həmin şəxs binanın ikinci mərtəbəsində yerləşən restoranların birinə bomba qoyulması barədə məlumat verib. Sonra da mədəni şəkildə sağollaşıb. Dərhal rəsmi qurumlara məlumat verilib. Polis əməkdaşları binada işləyən şəxsləri təxliyyə edib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binada axtarış aparır”.
Həmin binada fəaliyyət göstərən "ASAN Kommunal" da boşaldılıb.
****
Vağzalda axtarışlara xüsusi təlim görmüş itlər cəlb edilib.
***
Vağzalda bilet satışı dayandırılıb, bütün qatar reysləri təxirə salınıb.
***
FHN də hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Qurumun mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.
***
Hadisə yerində olan əməkdaşının sözlərinə görə, artıq mağaza satıcıları binaya buraxılıb və vağzalda bilet satışı bərpa edilib.
***
Bakı Dəmir Yolu Vağzalınının mətbuat katibi S. Qədirovanın sözlərinə görə, binada heç bir təhlükəli maddə aşkarlanmayıb.



Tehsil-press.az

Oxşar xəbərlər