Azərbaycan nefti yenə bahalaşıb

Azərbaycan nefti yenə bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 71,42 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,48 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 70,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 23-də 67,92 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 23-də 69,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər