Suriyada Bəşər Əsəd rejiminə bağlı döyüş təyyarələrinin Şərqi Gutanı bombalaması nəticəsində 30 mülki şəxs ölüb, 170-i yaralanıb.
Bombardman nəticəsində Şərqi Gutanın Beyt Sava bələdiyyəsində 10, Hazzada 6, Zemalkada 4, Hamuriyədə isə bir mülki şəxs ölüb.
Arbin rayonunda bombanın bazara düşməsi nəticəsində 9 dinc sakin həyatını itirib.
Müxalifətin nəzarəti altında olan Şərqi Gutada 400 min dinc sakin yaşayır. Astanada qəbul olunan razılığa əsasən, Rusiyanın himayədarlıq etdiyi Bəşər Əsəd rejimi Şərqi Gutanı mühasirə vəziyyətində saxlayır. Bu bölgədə çoxlu sayda körpə və uşaq aclıq, dərman çatışmazlığı nəticəsində həyatını itirib.
Tehsil-press.az