Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Monteneqro prezidenti Filip Vuyanoviç iştirak edəcək.
Dövlət Komitəsindən verilən məlumata görə, “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda F.Vuyanoviçin çıxışı nəzərdə tutulub.
Monteneqro prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə çıxışı planlaşdırılır.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında artıq bir neçə ildir sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq Filip Vuyanoviç artıq üçüncü dədfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəl 2016 və 2017-ci illərdə IV və V Qlobal Bakı Forumlarında iştirak edib.
VI Qlobal Bakı Forumunda Monteneqro prezidenti ilə yanaşı, Albaniya prezidenti İlir Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının iştirakı gözlənilir. Forumda həmçinin, keçmiş dövlət və hökumət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək qonağın iştrakı planlaşdırılır.
Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə ediləcək.
Tehsil-press.az