“Watsapp”da daha bir təşvişdolu səs yayıldı - Dənizçilərə xəbərdarlıq edildi+ Video

“Watsapp”da daha bir təşvişdolu səs yayıldı - Dənizçilərə xəbərdarlıq edildi+ Video “Watsapp”​ xidmətində sabahdan havanın kəskin dəyişəcəyi ilə bağlı səs yazısı yayılıb.
Səs yazısında dənizçi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.
“Martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyinin sürətinin saniyədə 19-24, arabir 28-30 metrə qədər güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti arabir 35-38 metr olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 metr, sonrakı iki həftə 5,0-8,0 metr və daha da çox olacaq”, - deyə məlumatda bildirilir.
Bu məqamda qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

[media=https://bax.tv/video/20518.html]

Tehsil-press.az

Oxşar xəbərlər