Bakıda yol çökdü: FHN və DİN əməkdaşları hadisə yerində

Bakıda yol çökdü: FHN və DİN əməkdaşları hadisə yerində Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib.
Hazırda həmin istiqamətdə yol bağlanılıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sayta bildirib ki, qurumun əməkdaşları da hadisə yerinə göndərilib: "Məsələ ilə bağlı məlumat veriləcək".

Tehsil-press.az

Oxşar xəbərlər