Andorra və Azərbaycan vergi məlumatlarının mübadiləsini aparacaqlar

Andorra və Azərbaycan vergi məlumatlarının mübadiləsini aparacaqlar Andorra və Azərbaycan hökumətləri arasında vergi məlumatlarının mübadiləsi barədə saziş imzalanacaq.
Bu Andorra hökumətinin vergi məlumatlarının avtomatik mübadiləsi haqqında qanununa etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişiklik "mövcud tənzimləməyə müəyyən düzəlişlər etməyi və maliyyə hesabatları haqqında avtomatik məlumat mübadilənin aparıldığı ölkələrin siyahsının genişləndirilməsini nəzərdə tutur".
Dəyişiklik 2020-ci ildən qüvvəyə minəcək. Bununla da, Andorra 95 yurisdiksiya ilə məlumat mübadiləsi aparacaq.
Siyahıya əlavə olunan ölkələr: Azərbaycan, Nauru, Pakistan, Panama, Sent-Kits və Nevis, Angilya, Baham adaları, Bəhreyn, Barbados, Beliz, Qana, Livan, Marşall adaları, Yeni Zelandiya, Niue, Qətər, Sent-Lüsiya, Sinqapur, Sint-Marten, Türkiyə, Albaniya və Nigeriyə - ümumilikdə 22 ölkə.

Tehsil-press.az

Oxşar xəbərlər