DÜNYAN ÜFÜQ BOYU ŞEİR ŞƏFƏQİ - Fərman Borçali 65

DÜNYAN ÜFÜQ BOYU ŞEİR ŞƏFƏQİ - Fərman Borçali 65 Əbədi sözün yorulmaz ədəbi yolçularından olan şair-publisist, jurnalist, naşir, "Dostluq Məşəli" Cəmiyyətinin sədri və eyniadlı qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərman Borçalını dünyaya gəldiyi gün (24 iyun), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir, bu mübarək - özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza, dostumuza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:

Dünyaya gəldiyin Borçalı eli
Bağ, dağ-aranlıdı, dilbər guşəli.
Hər kəsə aynadı məram, əməli;
Könüllərə korpü - "Dostluq Məşəli".

Ömür xalısında ilmələr illər,
Fəsillər boyası - gözəlliyində...
Bahar çicək çağı, payız bar -bəhər,
Sevinc- kədər əkiz özəlliyində...

Sözə konül verdin, çicəklədi dil,
Fikir şəfəqləndi, duyğular dindi.
Fəxrlə söyləyir bu ulus, bu el:
Gözəldir şairin hər beyti-bəndi.

Sözün ki sehrinə düşəndən bəri
İlham çesməsində göylərin bərqi...
Təbin-təbiətin sanki dan yeri,
Dünyan ufüq boyu şeir şəfəqi...

DÜNYAN ÜFÜQ BOYU ŞEİR ŞƏFƏQİ - Fərman Borçali 65
DÜNYAN ÜFÜQ BOYU ŞEİR ŞƏFƏQİ - Fərman Borçali 65


Tapdıq ƏLİBƏYLİ


Tehsil-press.az

Oxşar xəbərlər