
Bu sözləri cərrah Aleksandr Umnov deyib.
Onun sözlərinə görə, belə hallarda leykozlu xəstələrdə aparılan müalicənin fonunda özünü yaxşı hiss etmə demək olar ki, müşahidə olunmur:
"Bundan əlavə, bu xəstəlik zamanı qaraciyərin və limfa düyünlərinin böyüməsi qeyd olunur – onlar bərkiyir və bəzən ağrılı olur.
Simptomlar spesifik deyil. Leykozlu xəstələr təngnəfəslik, zəiflik, tez yorulma, yuxululuq, əzələ və oynaq ağrıları, iştahanın azalması, həmçinin bədən temperaturunun 37,5 dərəcəyə qədər qalxdığı subfebril hərarətdən şikayətlənirlər”.
Tehsil-press.az