Sabah 46 dərəcə isti gözlənilir - Diqqətli olun!

Sabah 46 dərəcə isti gözlənilir - Diqqətli olun! Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43, Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
İyulun 03-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Azərbaycanın rayonlarında
İyulun 03-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 40-44, bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıq
İyulun 03-04-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Tehsil-press.az

Oxşar xəbərlər