Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 80,53 dollar/barel təşkil edib ki, bu da cümə axşamı gününə olan göstəricidən 1,92 dollar dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 79,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,92 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 29-da 76,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,98 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 29-da 77,90 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,16 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər