Mağazaya gələn yeni geyimlərdən 10 nəfər zəhərləndi - Kimyəvi maddə şübhəsi

Mağazaya gələn yeni geyimlərdən 10 nəfər zəhərləndi - Kimyəvi maddə şübhəsi Kayseridə geyim mağazasına poçtla göndərilən və içərisində paltarlar olan qutuların açılması nəticəsində ətrafa yayılan pis qoxudan 10 nəfər zəhərlənib.
Qazancılar bazarında fəaliyyət göstərən mağazalardan birinə İzmirdən geyim qutuları göndərilib. İşçilər qutuları açarkən paketlərin birindən ətrafa pis qoxunun yayıldığını görüblər.
Sürətlə yayılan qoxu 5 mağaza işçsinin, 5 nəfər isə alıcının tənəffüs sisteminə təsir göstərərək onların ürəkgetməsinə səbəb olub. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım maşınları göndərilib. Vətəndaşların kimyəvi maddədən zəhərləndiyi ehtimal edilir. Polis insanları mağazanın ətrafından uzaqlaşdırıb.
İlkin məlumata görə, geyim paketində ammonyak-sulfat və karbonmonoksid tapılıb.

Tehsil-press.az

Oxşar xəbərlər