Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində gerçəkləşən layihədə Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin kollektivləri fəal iştirak edir.
“100 illik tariximiz” devizi altında reallaşdırılan layihə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir. Yaradıcılıq festivalının yay mövsümündə təşkili yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gələn turistlərə də Azərbaycanın rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı yaradır.
Bu günə qədər bir sıra bölgələrimizdə: Sabirabad, Masallı, Lənkəran, Fizuli, Ağdam və digər rayonlarda Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzinin, Şəhər Mədəniyyət Evinin, “Gənclik” klubunun nəznində fəaliyyət göstərən gənc ifaçılar İbrahim Fərzəliyev, Leyla Məmmədova, Kamil Ağazadə, İlkin Əlizadə, Zaur Yusifli xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıb.
Ayrı-ayrı rayonlarda Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan sərgilərdə 200-dən çox kətan, yağlı boya, dekorativ tətbiqi sənət nümunələrindən ibarət əl işləri nümayiş olunub. Tədbirə qatılan qonaqlara Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, N.Nərimanov adına Mədəniyyət mərkəzinin direktoru Samir Şəfiyev, Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidova təşkil olunan sərgilər haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanan layihə sayəsində həm xarici qonaqlar, həm də yerli sakinlər regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı əldə edir, insanlara yüksək zövq aşılayır, mədəniyyət işçilərinin bir-birini daha yaxından tanıması və qarşılıqlı mədəni əlaqələrin qurulmasında müstəsna rol oynayır.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti