Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim olunub

Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim olunub Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Nazirlər Kabinetinə təqdim edib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, layihənin son variantı 62 maddədən ibarətdir. Onun sözlərinə görə, maddələrin hamısı yeni deyil, bəzi maddələr dəyişib.
Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.

SEVİNC

Oxşar xəbərlər