Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.
Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Tehsil-press.az

Oxşar xəbərlər