Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yollanıb

Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yollanıb Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarov İstanbulda keçiriləcək Türkiyə Respublikası, Gürcüstan və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər