Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.
Bunu Təhsil-press.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər