Zamirə Hacıyevanın 26 milyonluq evi

Zamirə Hacıyevanın 26 milyonluq evi Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda yaşadığı lüks evin görüntüləri yayılıb.
Daha əvvəl də açıqlandığı kimi, Londonun məşhur univermaqı “Harrods” mağazasının yaxınlığında yerləşən evə Hacıyeva 11.5 milyon funt (təxminən 26 milyon manat) ödəyib.
Hacıyeva, ümumilikdə Londonda iki daşınmaz əmlaka təxminən 50 milyon manat xərcləyib.
Qeyd edək ki, 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən gün London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

Tehsil-press.az

Oxşar xəbərlər