2017-ci il ərzində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka istiqrazlarının emissiyası vasitəsilə 265 milyon manat məbləğində vəsait cəlb edilib. Dövriyyədə olan 65 milyon manat məbləğində əsas borc üzrə ödənişlər həyata keçirilib.
Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən istiqrazların 13 buraxılışı həyata keçirilib, cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 milyon manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8 faiz) maliyyələşdirilməsinə yönəldilir.
Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 534,6 milyon manatdır ki, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.
Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsindən Fonda 50 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Artıq bu vəsait tam həcmdə Fondun hesabına daxil edilib. Ümumilikdə, 2005-2017-ci illər ərzində dövlət büdcəsindən Fonda 366 milyon manat məbləğində vəsait daxil olub.
Tehsil-press.az