Təhsil naziri Ceyhun Bayramov dekabrın 14-də saat 10.00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.
Qəbulda Abşeron rayonunda və Sumqayıtda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 5-dən 11-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mətbuat Xidməti