Bayram günlərinin havası açıqlandı
Tehsil-press.az-n Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.
Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Tehsil-press.az
- Baxış: 3306
Xəbərin tarixi: 27.12.2018 / 16:10
-
Oxşar xəbərlər