“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.
Bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib.
Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib:
“Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza onda cavab verəcəyəm”.
***
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb. Ləğv edilən ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji” ASC-dən ayrılıb.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi isə Teymur Abdullayev təyin olunub.
Qeyd edək ki, Teymur Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə “Azərişıq” ASC-nin “ASAN Xidmətlə” iş şöbəsinin rəis müavini vəzifəsində çalışırdı.
Tehsil-press.az