Keşlə qəsəbəsində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksi önündə faşizm üzərində Qələbənin 74 illiyi ilə əlaqədar tədbir keçirilib. “Şahin” hərbi idman oyunlarının qalibi olan məktəblilərin təntənəli keçidindən sonra tədbir iştirakçıları və qonaqlar İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan memorial kompleksinin önünə gül dəstələri qoyublar.
Tədbirdə müharibə iştirakçıları və veteranları ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov müharibə iştirakçıları və veteranlarını İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbənin 74 illiyi münasibətilə təbrik edərək, Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlardan söz açıb. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edən A.Qasımov bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçərək, müharibə tarixinə parlaq səhifələr yazdıqlarını, döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini söyləyib. Ulu öndər Heydər Əliyevin veteranların sosial qayğılarının daim diqqət mərkəzində saxladığını bildirərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirdiyini, Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
A.Qasımov hər il ölkədə İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsinin ehtiramla yad edildiyini və onların qəhrəmanlıqlarının heç vaxt unudulmayacağını bildirib.
Tehsil-press.az