Bu il orta məktəblərdə ötən ildəkindən daha çox sayda vakant müəllim yerinin elan olunacağı gözlənilir.
Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir:
"Bu il elektron ərizələrini qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur. İmtahanlarda hər gün orta hesabla 3200-ə yaxın müəllim iştirak edir".
C.Bayramov əlavə edib ki, hazırda bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir: "Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq. Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə Təhsilin İnkişafı üzrə Strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur və müəllimlik rəqabətli peşəyə çevrilib".
Tehsil-press.az