Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Bununla da o, Rusiya XİN-dəki vəzifəsindən gedəcək.
Bu barədə “Kommersant” nəşri məsələ ilə bağlı yaxından tanış olan məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, diplomatın postuna 3 namizəd var. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir.
60 yaşlı diplomat 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, həmin ildən nazirlikdə fəaliyyət göstərib. SSRİ-nin və sonradan Rusiyanın Yuqoslaviya, ABŞ, Serbiya və Monteneqro, Gürcüstan və Makedoniyadakı səfirliklərində çalışıb.
O, 2009-2013-cü illərdə Xarici İşlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.
Qeyd olunur ki, Q. Karasinin 23 avqustda 70 yaşı tamam olur. “Dövlət xidməti haqqında” qanuna əsasən, vəzifədə 70 yaşa qədər qalmaq mümkündür.
Karasin 1971-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Şərq Dilləri İnstitutunu bitirib. 1972-ci ildən diplomatik xidmətdədir. Xarici İşlər Nazirliyinin mərkəzi ofisində və xaricdə (Seneqal, Avstraliya, Birləşmiş Krallıq) müxtəlif diplomatik vəzifələr tutub.
2005-ci ildən indiki vəzifəsindədir. O, Xarici İşlər Nazirliyində MDB ölkələri ilə ikitərəfli məsələlərə nəzarət edir. Eləcə də Federal Məclisin palataları, Rus Pravoslav Kilsəsi və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətə, o cümlədən nazirliyin qanunvericilik fəaliyyətinə cavabdehdir.
Qriqori Karasinin XİN-də cavabdeh olduğu istiqamət Rusiyanın xarici siyasəti baxımından ən vacib, eyni zamanda ən problemli sayılır. Bura Ukrayna ətrafındakı münaqişə, Dağlıq Qarabağ və Dnestryanı qarşıdurma və Belarus ilə müntəzəm ticarət müharibələri daxildir. Xarici İşlər Nazirliyinin bu sahədəki işinin xüsusiyyəti ondan ibarətdir ki, bu ölkələrə dair qərarlar daha çox nazirlikdə deyil, Kremldə qəbul edilir.
Tehsil-press.az