Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb

Bağçada uşaqlar arasında bakterial dizenteriya, skarlatina, sətəlcəm aşkarlanıb Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.
2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32 891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.
Müəssisələrdəki xəstələnmə hallarının 26 034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.
Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16 933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.

Tehsil-press.az

Oxşar xəbərlər