Ağ Ev Trampla Zelenskinin danışığını yaydı

Ağ Ev Trampla Zelenskinin danışığını yaydı ABŞ-ın prezident administrasiyası Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenskinin 25 iyuldakı telefon danışığının səsyazmasını yayıb.
Bu addım Konqresin Trampın impiçment proseduruna başlanılması qərarından sonra atılıb. Tramp Zelenski ilə danışığında “Bayden işi”nin öyrənilməsinin çox yaxşı olacağını deyib. Zelenski də öz növbəsində öz verib ki, Ukraynanın Baş Prokurorluğu vəziyyəti öyrənəcək. O əlavə edib ki, tədqiqatlar “açıq” şəkildə aparılacaq. Zelenski Trampdan “Bayden işi” ilə bağlı ətraflı informasiya da istəyib.
Səsyazma mətninə əsasən, Tramp və Zelenski bu danışıqda ABŞ tərəfindən Ukraynaya maliyyə yardımı edilməsi məsələsini müzakirə etməyiblər.
Qeyd edək ki, daha əvvəl KİV-də Trampın Zelenskidən prezidentliyə namizəd respublikaçı Co Baydenin oğlu Hanter Baydenin Ukraynadakı fəaliyyəti ilə bağlı araşdırma aparılmasını xahiş etdiyi yazılmışdı. Tramp isə bu iddiaları təkzib etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər