ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın impiçment prosedurunun başladıldığını elan edib.
Nensi müraciətində deyib:
“Mən bu gün Nümayəndələr palatasının impiçment üçün rəsmi təhqiqatlar proseduruna başladığını elan edirəm”.
Onun sözlərinə görə, Trampın hərəkətləri “prezidentlik vəzifəsinə, milli təhlükəsizliyə və seçkilərin bütövlüyünə” xəyanət etməsini göstərir.
Çıxışını bitirən Pelosi jurnalistlərin suallarını cavablandırmayıb.
Pelosi Trampın impiçmenti üçün başlıca səbəb kimi onun Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığını göstərib. Belə ki, iddialara görə Tramp ABŞ prezidentliyinə namizəd Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb edib. Məhz buna görə demokratlar seçkilərin qaydalarının pozulduğunu bildirirlər.
Tramp isə Konqresdə qəbul edilmiş qərardan sonra Tvitter səhifəsində açıqlama yazıb. O, demokratların bu addımının BMT-dəki mühüm günə təsadüf etməsinə təəssüflənib və bunun ölkə üçün yaxşı olmadığını deyib. Tramp Zelenski ilə telefon danışıqlarını deşifrə etməyə hazır olduğunu da bildirib.
Tehsil-press.az