“Mən axmağam?” - Zelenski iclasda məmuru işdən çıxardı+Video

“Mən axmağam?” - Zelenski iclasda məmuru işdən çıxardı+Video Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Maliyyə Xidmətinin rəhbəri vəzifəsini icra edən Aleksandr Vlasovun istefasını tələb edib.
Buna məmurun saxtakarlıq etməsi səbəb olub.
Belə ki, bir müddət əvvəl Vlasov bir neçə gömrük məmurunu qanun pozuntusuna görə işdən uzaqlaşdıracağını bildirib. Daha sonra isə feysbuk səhifəsində artıq onları işdən çıxardığını qeyd edib.
İclas zamanı bunu Vlasova xatırladan Zelenskinin sözlərinə görə, həmin məmurlar sənədlərdə işdən çıxarılmış yox, məzuniyyətə çıxmış kimi göstərilir: “Siz hesab edirsiniz ki, mən axmağam, doğrudan?”
Zelenski bu səbəbdən Aleksandr Vlasovun istefa verməsini tələb edib. Vlasov isə Prezidentin tələbinə elə bu gün əməl edəcəyini bildirib.



Tehsil-press.az

Oxşar xəbərlər