Sinqapur dünyada tərkibində yüksək dərəcədə şəkər olan içkilərin reklamını qadağan edəcək ilk ölkə olacaq.
İstehsalçılara içkiləri televiziyada, çap və internet mediasında, eləcə də radioda reklam etmək qadağan olunacaq. Ölkənin Səhiyyə naziri Edvin Tonqun sözlərinə görə, bu qərar “diabetə qarşı müharibə”yə addımdır.
Qadağa şirə, alkoqolsuz içki, yoqurt və həll olunan kofeyə aiddir. Bundan əlavə, nazirlik şirin içki istehsalçılarını öz məhsullarında şəkərin miqdarı haqda rəngli etiket yerləşdirməyə məcbur edəcək.
Nazirlikdə qeyd ediblər ki, yaxın aylar ərzində yeniliyə dair istehsalçı və istehlakçıların rəyləri toplanacaq. Bundan sonra isə qurum qanunun qüvvəyə minməsinin dəqiq tarixini açıqlayacaq.
Tehsil-pess.az