Azərbaycan Dillər Universitetində (ADU) “Birgünlük xəlifə” layihəsində iştirak etmək üçün müraciət edən tələbələrin seçim prosesi başa çatıb.
Oktyabrın 26-dan noyabrın 26-dək layihədə iştirak üçün 37 rəhbər vəzifə üzrə 215 tələbə müraciət edib. Dekabrın 3-4-də isə ikinci mərhələ seçkilərində 37 vəzifə üzrə 97 namizəd iştirak edib.
Rektor vəzifəsi üçün seçilmiş 8 namizəddən Gülmalı Məmmədov 98 səslə qalib gəlib. Rektor seçkilərində 235 nəfər seçici qismində iştirak edib. İki gün ərzində 650 nəfər seçici seçkilərə qatılıb. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
“Birgünlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Yəni bir gün ərzində rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Birgünlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

ADU-nun Mətbuat Xidməti