InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Tehsil-press.az həmin məlumatı təqdim edir:
EUR.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ ilə İran arasında siyasi böhranın dərinləşməsi fonunda bahalaşmağa başlayıb. Nəticədə EUR/USD məzənnəsi də ucuzlaşmağa başlayıb və 1.12$-ın altında qaldıqca, 1.11 və 1.10$-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan inflyasiy, saat 19:00-da Amerikanın xidmət sektoru və cümə günü saat 17:30-da Amerikanın əmək bazarına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
GBP.
GBP/USD məzənnəsində də təzyiq altındadır və 1.32$-ın altında qalan funt sterlinqin, 1.29$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır.
Bu gün saat 13:30-da Böyük Britaniyanın xidmət sektorunda biznes aktivliyini ölçən indeksin açıqlanması da böyük maraqla gözlənilməkdədir.
TRY.
USD/TRY məzənnəsində bahalaşma davam edir və təhlillər qiymətin 6.05TL-yə kimi inkişaf edə biləcəyinə işarədir.
TCMB-nin növbəti faiz azaldılması ehtimalları Türkiyənin xarici hesablaşmalarda müsbət saldosunun daha da azala biləcəyindən xəbər verdiyi üçün bu, lirənin də ucuzlaşmasına səbəb olur.
OIL.
Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 71$-a kimi dəyər qazanıb və bu, 73$-a kimi sürətlənə bilər.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Dünyada siyasi və iqtisadi risklərin artması, dollara olan tələbi artırmaqla yanaşı, əlvan metallar bazarlarında qızılın qiymətində da bahalaşmaya səbəb olur. Beləliklə, təhlillər 1575$-ın (50.6 $/qram) üzərində təklif edilən bir unsiya üzrə qiymətin, 1625$-a (52.3 $/qram) kimi dəyər qazana biləcəyini proqnozlaşdırmağa əsas verir.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Tehsil-press.az