Həftənin əvvəlində müşahidə olunan ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti nisbətən bahalaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə, bu bahalaşmadan sonra dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 39.92 dollar təşkil edib.
“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 37.90 dollar müəyyən olunub.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 38,55 dollar təşkil edib.
Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 39,85 dollar olub. Platinin 1 qramı 30,75 dollar, palladiumun 1 qramı isə 17,32 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 07.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5193 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Avro 1.7328 manat, Rusiya rublu isə bahalaşaraq 0.0225 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1453 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5354 AZN dəyərində müəyyənləşib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 08.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5231 səviyyəsində müəyyən olunub.
tehsil-press.az