Kapital bazarına dair təqdimatlar tələbələr tərəfindən maraqla qarşılanıb

Kapital bazarına dair təqdimatlar tələbələr tərəfindən maraqla qarşılanıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) biznes idarəçiliyi fakültəsinin iqtisadiyyat kafedrasının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə “Kapital bazarı vasitəsilə maliyyələşmə və listinq” mövzusunda seminar keçirilib.
Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin aparıcı analitiki Tural Eyvazlı, Bakı Fond Birjasının ticarət və üzvlük qrupunun aparıcı mütəxəssisi Mətin Yolçuyev və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndəsi Əli Hüseynli təqdimatlarla çıxış ediblər.
Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərinə dair nəzəri və praktik mövzularda təqdimatlar tələbələr tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

ATMU-nun Mətbuat Xidməti


Kapital bazarına dair təqdimatlar tələbələr tərəfindən maraqla qarşılanıb


Oxşar xəbərlər