Təhsil Nazirliyi: Bu günədək 72 tələbə köçürülmək və ixtisasını dəyişdirmək üçün müraciət edib

Təhsil Nazirliyi: Bu günədək 72 tələbə köçürülmək və ixtisasını dəyişdirmək üçün müraciət edib Tələbələrin köçürülməsi prosesi davam edir.
Bu günədək 72 nəfər köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib.
Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.
Bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər