Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Tarixin şah əsərləri” adlı sərgi ilə tanış oldular.
Sərginin eksponatları Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir.
Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası, rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur. Yermakov İrəvan qalasının nadir tikililəri - Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb. Burada Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan xalqına məxsus çox sayda gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim edilir.
Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, milli təsviri incəsənətimizin inkişafına böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş “Live Life” sərgisi ilə tanışlıq olub.
Dövlət başçısına və birinci xanıma sərginin məqsədi barədə məlumat verilib. Bildirilib ki, sərgi diqqəti ətraf mühit problemlərinə yönəldir. Bundan başqa, sərginin ideyaları arasında təbiətin qorunması və incəsənətin bu sahədə oynaya biləcəyi rolu da var. İndiyədək “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə təşkil olunub və çox böyük maraqla qarşılanıb. Ekspozisiyada nümayiş olunan 200-dən çox əsər orijinallığı və üslubu ilə seçilir.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi ilə tanış olublar.
Tehsil-press.az