Ədliyyə Nazirliyi Azərbaycanda boşanmaların əsas səbəblərini açıqlayıb.
2019-cu ildə ölkədə 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.
Nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəbindən pozulduğunu qeyd ediblər.
Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.
2019-cu ildə 12 560 nikah xasiyyətlərinin tutmamasına, 793 nikah xəyanətə, 724 nikah uşaqlarının olmamasına, 709 nikah ailədaxili zorakılığa, 654 nikah maddi duruma, 605 nikah isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə pozulub.
Tehsil-press.az