Sinoptiklər həftəsonları Moskvada qar yağacağı barədə xəbərdarlıq ediblər

Sinoptiklər həftəsonları Moskvada qar yağacağı barədə xəbərdarlıq ediblər Moskva hava bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova önümüzdəki həftəsonu Moskvada gözlənilən hava şəraiti barədə danışdı.
Pozdnyakovanın sözlərinə görə "Hava küləkli və çiskin olacaq. Həftəsonları soyuq havanın adveksiyası davam edəcək. Yəni küləyin sürətinin saniyədə 15-20 m/s-ə qədər güclənəcəyi gözlənilir".
Pozdnyakova görə, ən "əlverişsiz və gözlənilməz" hava bazar günü olacaq. "Çünki şənbə günü axşam saatlarında sulu qarın yağacağı gözlənilir. Küləkqarışıq qar bazar günü gecə davam edəcək. Növbəti günlərdə intensiv yağıntılar tədricən azalacaq. Amma soyuq hava davam edəcək. Gecə saatlarında temperaturun 5 dərəcəyədək enməsi mümkündür. Gün ərzində temperaturun 0 dərəcədən çox olmayacağı gözlənilir", - deyə o əlavə edib.
Bundan əvvəl sinoptiklər bildiriblər ki, martın 13-də Moskvada + 7 dərəcə isti gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər