Pezeşkianın sualına Bakıdan REAKSİYA

Pezeşkianın sualına Bakıdan REAKSİYA İran prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə açıqlama verərək Fars körfəzindəki münaqişənin həlli ilə bağlı mövqeyini ifadə edib. O, X sosial şəbəkə hesabında paylaşım edərək, beynəlxalq ictimaiyyətin müəyyən etməsini istəyib ki, bu münaqişənin həllinə səmimi dəstək verən tərəf Tehrandır, yoxsa Vaşinqton?

Prezident paylaşımında yazıb: "Amerika xalqına açıq məktub ünvanladığım anda İranın xarici siyasət üzrə strateji şurasının rəhbərinə sui-qəsd cəhdi edilir və nəticədə onun həyat yoldaşı həlak olub. Bu şəraitdə beynəlxalq ictimaiyyət müəyyən etsin: hansı tərəf dialoqu və danışıqları dəstəkləyir, hansı tərəf isə terrorizmi".
Pezeşkianın çağırışı necə qiymətləndirə və hansı diplomatik addımlar gözlənilə bilər?
Picture background

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli deyib ki, Pezeşkian haqlıdır: “İran siyasi rəhbərliyində yeganə sağlam düşüncəli şəxs elə məhz o olub. Həm müharibə başlamazdan əvvəl, həm də müharibənin gedişində Pezeşkian özünün düşünülmüş və rasional mövqelərini ortaya qoyub.

İndi də o, beynəlxalq ictimaiyyətə müraciət edərək doğru mövqeyini bir daha nümayiş etdirir və bununla beynəlxalq ictimaiyyətdən dolayısı ilə dəstək istəyir. Bu addım Pezeşkianın diplomatik bacarığının və strateji düşüncəsinin təzahürüdür. Lakin qeyd etmək lazımdır ki, bu dəstəyin mütləq şəkildə baş verəcəyini söyləmək çətindir. Amerika artıq müharibənin yeni formatını həyata keçirməyə qərar verib və belə bir vəziyyətdə çətin ki, Pezeşkianın bəyanatları və diplomatik səyləri üstünlük qazansın. Buna baxmayaraq, onun açıq və prinsipial mövqeyi, həm daxili, həm də regional siyasətdə sağlam düşüncənin nümunəsi kimi qalır".

Tehsil-press.az

Oxşar xəbərlər