Fransa Prezidenti Emmanuel Makron bu gün saat 12:00-dan etibarən yeni növ koronavirus səbəbindən insanların evdən çıxışını məhdudlaşdıran qərar qəbul edəcəyini bildirib.
Makron Yelisey sarayından yayımladığı xalqa müraciətində vətəndaşların tez-tez parklara gəzintiyə çıxdıqlarını və bunun doğru olmadığını, insanların həyatını təhlükəyə atdığını bildirib.
Bu səbəbdən ölkə miqyasında vətəndaşların sərbəst gəzmək haqları 15 gün müddətinə məhdudlaşdırılacaq. Market, xəstəxana və işə getmək sərbəst olacaq. Bu qərara riayət etməyənlər isə cəzalandırılacaq.
Qeyd edək ki, Fransada 5400 nəfər koronavirusa yoluxub, 120 nəfər dünyasını dəyişib.
Tehsil-press.az