Şagirdlər üçün Azərbaycan dili fənni üzrə onlayn imtahanlar işlənib hazırlanır

Şagirdlər üçün Azərbaycan dili fənni üzrə onlayn imtahanlar işlənib hazırlanır Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədrisin digər dillərdə aparıldığı təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır.
Bu fikirlər Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin abituriyent, məzun, müəllim və valideynlərə müraciətində yer alıb. “Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin”, - deyə M.Abbaszadə vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər