İnzibati Xətalar Məcəlləsinə yeni 617-ci maddənin əlavə edilməsi təklif edilir.
Bu maddə hərbi uçuş aparatlarının istismar qaydalarını pozma adlanır. 617.1-ci maddəyə təklif edilir ki, hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda 200 manatdan 300 manatadək məbləğdə cərimə edilsin və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunsun.
617.2-ci maddəyə təklif edilir ki, bu Məcəllənin 617.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 500 manatdan 700 manatadək məbləğdə cərimə edilsin və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunsun.
Bu qanunun 2020-ci ilin mayın 1-dən qüvvəyə minməsi təklif edilir.
Tehsil-press.az