Aprelin 15-də “Dərs vaxtı” verilişində Azərbaycan və rus bölmələri üçün tədris proqramına uyğun dərslər keçirilib. Bu barədə Tehsil-press.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, V, IX, X və XI siniflər, rus bölməsi üzrə isə II, VIII, X və XI siniflər üçün dərslər təqdim edilib.
Tehsil-press.az
Tehsil-press.az