Nigeriyada küçəyə çıxan 18 nəfər öldürüldü

Nigeriyada küçəyə çıxan 18 nəfər öldürüldü Koronavirusa 407 yoluxma, 12 ölüm faktının qeydə alındığı Nigeriyada təhlükəsizlik qüvvələrinin əməkdaşları küçəyə çıxma qadağasını pozan 18 nəfəri öldürüb.
Beynəlxalq İnsan Haqları Komissiyasının açıqlamasında 36 əyalətin 24-də təhlükəsizlik qüvvələri tərəfindən qanun pozuntusuna yol verildiyi bildirilib. Qeyd edilib ki, 18 nəfər isə küçəyə çıxaraq karantin rejimini pozduğu üçün qətl edilib.
Xatırladaq ki, Nigeriyanın Abuja, Laqos, Oqun əyalətlərində küçəyə çıxmaq qadağandır.

Tehsil-press.az

Oxşar xəbərlər