Merkeldən İraqa mesaj

Merkeldən İraqa mesaj Almaniya kansleri Angela Merkel İraqın yeni Baş naziri Mustafa Kazımiyə təbrik mesajı ünvanlayıb.
A.Merkel təbrikdə Mustafa Kazımiyə İraqın inkişafı üçün dəstək verməyə hazır olduqlarını bildirib.
“İraq daxili və xarici siyasətində çətin bir dövrdən keçir. Almaniya son illərdə İraqın suverenliyinə, xalqının rifahına, inkişafı və sabitliyinə töhfə verib. Biz İraq iqtisadiyyatının yenidən dirçəlməsi və inkişafı üçün dəstək verməyə hazırıq”, - Merkel qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər