Metro və avtobuslar işə başladı

Metro və avtobuslar işə başladı Bu gün səhər saat 06:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti bərpa edilib, eyni zamanda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağası başa çatıb.
Bu gün saat 06:00-dan başlayaraq sərnişinlər ictimai nəqliyyat vasitələrindən (metro, avtobus və s.), həmçinin şəxsi avtomobillərindən istifadə etməyə başlayıblar.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmışdı. Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilirdi.

Tehsil-press.az

Oxşar xəbərlər